Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Pentaqon rəhbəri kimi fəaliyyət göstərən Pit Heqsetə qarşı narazılıqlar artmaqdadır.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Heqsetin təşkilati idarəetmə təcrübəsinin olmaması ciddi qüsur kimi qiymətləndirilir. Xüsusilə məxfi məlumatların müzakirə olunduğu “Signal” qrupuna bir jurnalistin əlavə edilməsi onun bu vəzifəyə uyğun olmadığını göstərən əsas nüanslardan biri hesab edilir.
Bundan başqa, Heqsetin Ukraynaya bir sıra silahların tədarükünü dayandırmaqla bağlı verdiyi qərar barədə Ağ Ev rəhbərliyinə vaxtında məlumat verməməsi də narazılıqları daha da artırıb.
Qeyd edək ki, daha əvvəl "NBC News" Heqsetə yaxın mənbələrə istinadla onun 2026-cı ildə Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşündüyünü yazmışdı. Lakin həmin mənbələr onun bu barədə hələ yekun qərar vermədiyini də bildirmişdilər.