...

COVID-19 xəstələrinə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin maaşına əlavələr olacaq

Cəmiyyət Materials 24 İyul 2020 20:30 (UTC +04:00)
COVID-19 xəstələrinə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin maaşına əlavələr olacaq

Bakı. Trend:

Nazirlər Kabineti Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.

Trend-in məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti