...

YAP Gəncə şəhər təşkilatı “Mobilografiya” adlı onlayn təlimə start verib (FOTO)

Cəmiyyət Materials 25 İyul 2020 15:41 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatı “Mobilografiya” adlı onlayn təlimə start verib (FOTO)

Bakı. Trend:

Müasir texnologiyaların gündəlik həyatımızdakı rolu, xüsusəndə mobil telefonlardan səmərəli istifadə etməklə müxtəlif yaradıcı foto və videomaterialların hazırlanmasına həsr olunan onlayn təlimə, təlimatçı qismində qatılan,bu işə illərini verən, peşəkar fotoqraf, dünyanın nüfuzlu informasiya agentliklərində fəaliyyət göstərən Ceyhun Abdulla öz təcrübəsini iştirakçılarla bölüşüb.

Trend-in məlumatına görə, günümüzdə mobiloqrafiyanın əhəmiyyətini, inkişafını, eləcə də operativliyini gənclərə və bu işin həvəskarlarına aşılıyan Ceyhun Abdulla, bu gün mobiloqrafiyanın sürətlə inkişaf etdiyini və artıq hər kəsin bu yolla peşəkar foto və video materiallar hazırlaya biləcəyini qeyd edib.

Bunun üçün müasir mobil telefonların geniş imkanlarından düzgün və səmərli istifadə etməyin vacib olduğunu bildirən təlimatçı, fotoqrafiyanın sadəcə şəkil çəkməkdən ibarət olmadığını və burada əsas məqamın çəkmək istədiyiniz obyekti düzgün görüb qiymətləndirmək olduğunu bildirib.

Mobiloqrafiyanın dərin sirlərini - izah edən peşəkar fotoqraf, iştirakçıları maraqlandıran suallarıda cavablandırıb.

Gənclərin böyük maraq göstərdiyi onlayn təlimin mütəmadi təşkil olunacağı nəzərdə tutulur.

Qeyd edək k, təlimin keçirilməsində əsas məqsəd fotoreportyorluq sənətinin inkişafına təkan vermək, bu sahədə mövcud təcrübəni genişləndirmək, gənclərin bacarıqlarını üzə çıxarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti