...

Təhsildə islahatların dərinləşməsi dövlətin daimi prioritetidir: “Hədəf”də MÜZAKİRƏ (FOTO)

Cəmiyyət Materials 27 İyul 2020 22:30 (UTC +04:00)
Təhsildə islahatların dərinləşməsi dövlətin daimi prioritetidir: “Hədəf”də MÜZAKİRƏ (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin bu gün efirə gedən buraxılışında ölkəmizin təhsil sahəsinin inkişafı istiqamətində atılan addımlar, perspektivdə olan tədbirlər, görüləcək işlər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, proqramın qonaqları, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsilin inkşaf strategiyası, qarşıda duran vəzifələrlə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin də dediyi kimi, hər bir ölkənin bu günü və gələcəyini təhsil müəyyənləşdirir. Təhsildə islahatların effektiv olduğunu vurğulayan mütəxəssislər hesab edirlər ki, bu islahatların dərinləşməsi dövlətin daimi prioritetidir. Qonaqlar peşə seçimi, müəllimlərin hazırlığı, gənclərin təhsil və tərbiyəsinin formalaşması kimi məsələlərdən söz açıblar.

“Hədəf” proqramını “YouTube” kanalımızdan https://www.youtube.com/watch?v=1XDzWvDU3ZM izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti