Bakı. İlhamə İsabalayeva - Trend:
Avqustun 12-də 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başlayır.
İdarədən Trend-ə verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.
Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.