...

Azərbaycanda görmə qabiliyyətində, danışığında problemlər aşkarlanan uşaqların sayı artıb

Cəmiyyət Materials 4 Sentyabr 2020 13:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda son 4 il ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətində, danışığında problemlər aşkarlananların sayı artıb.

Trend-in məlumatına görə, 2019-cu ildə Azərbaycanda 2 462 100 uşaq profilaktik müayinə edilib ki, onların 2100 nəfərində eşitmə qabiliyyətinin, 14 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2900 nəfərində skolioz aşkarlanıb.

2015-ci ildə isə müayinə edilən 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9 100 nəfərində görmə qabiliyyətinin zəifliyi, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozdan əziyyət çəkdiyi məlum olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti