...

Sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq

Cəmiyyət Materials 11 Sentyabr 2020 13:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 10-da keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər bu il qəbul kampaniyasında deyil, gələn ilki qəbul perosesində iştirak edə biləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti