...

Quba polisi küçədə təkbaşına qalan azyaşlı uşağı ailəsinə təhvil verib

Cəmiyyət Materials 12 Sentyabr 2020 14:04 (UTC +04:00)
Quba polisi küçədə təkbaşına qalan azyaşlı uşağı ailəsinə təhvil verib

Bakı. Trend:

Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər. Daha sonra azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.

Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib. Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti