...

Gürcüstana 21 613 dərslik və metodik vəsait göndərilib

Cəmiyyət Materials 22 Sentyabr 2020 14:33 (UTC +04:00)
Gürcüstana 21 613 dərslik və metodik vəsait göndərilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti