...

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2020 11:57 (UTC +04:00)
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Trend-ə verilən məlumata görə sabah, sentyabr ayının 26-ı səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti