...

TƏBİB özəl klinikalarda COVİD-19 testinin qiymətinə aydınlıq gətirdi

Cəmiyyət Materials 16 Oktyabr 2020 12:17 (UTC +04:00)
TƏBİB özəl klinikalarda COVİD-19 testinin qiymətinə aydınlıq gətirdi

Bakı.İlhamə İsabalayeva - Trend:

Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik.

Bunu Trend-ə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

"TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına pulsuz aparılır, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyatı yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti