...

Sərtləşdirilmiş karantin rejimində həqiqi hərbi xidmətə çağırılan şəxslərin hərəkəti necə tənzimlənəcək? - QƏRAR

Cəmiyyət Materials 24 Dekabr 2020 19:30 (UTC +04:00)
Sərtləşdirilmiş karantin rejimində həqiqi hərbi xidmətə çağırılan şəxslərin hərəkəti necə tənzimlənəcək? - QƏRAR

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarına əlavə edib.

Trend-in məlumatına görə, əlavəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti