...

Fatiməyə zəng edib deyərdim ki, ağlamasın və həyatını xoşbəxt yaşasın ki, mənim də ruhum şad olsun... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2020 23:02 (UTC +04:00)
Fatiməyə zəng edib deyərdim ki, ağlamasın və həyatını xoşbəxt yaşasın ki, mənim də ruhum şad olsun... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Bakı. Trend:

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Səlimxan Bayramova həsr edilmişdir...

- Salam, Səlimxan.

- Salam.

- Soruşsam Səlimxan kimdir, nə deyərsən?

- Tiflis universitetinin iqtisadiyyat fakultəsini bitirən hərbçi (gülür).

- Harda xidmət göstərmisən?

- Qusarda.

- Sonra da müharibə?

- Bəli... Elə alındı...

- Qorxmurdun?

- Yox, əksinə, orada olanları, hərbçi dostlarımı güldürürdüm, çalışırdım pozitiv enerji verim onlara.

- Səndə o enerji hardan idi?

- Nə bilim, yəqin anadan gəlmə.

- Səlimxan, səncə sevgi nədir?

- Sevginin üç adı var: Vətən, Valideynlər və Fatimə.

- Bu sevgilər garşılığlıdır?

- Bəli, amma insanlardan sən garşılıq gözləyirsən, amma vətəndən yox.

- Necə yəni?

- Vətən sevgisi başgadır, onu başa salmaq olmur, ancaq hiss edirsən.

- Hamıda olur?

- Yox, hamıya heç qismət də olmur. Amma mənə oldu. Vətən mənim sevgimi garşıladı...

- Səlimxan, sən Füzulidə və Cəbrayılda oldun, sonra Zəngilana getdiniz?

- Bəli, mən sizə bir şey danışım. Biz Sumgayıtda yaşayırıq, Zəngilanda da bir post götürmüşdük, onun adın aramızda Sumgayıt postu adlandırdıq. Zənq elədim onu atama danışdım. Bilirdim ki, narahatdır, çünki iki gün idi əlaqə saxlaya bilmirdim.

- Başga nədən danışdınız?

- Qarşı tərəfdən (gülür). Atama dedim ki, ay ata, ermənlər necə də qorxağdılar. İnanılmaz!

- Səlimxan, evə axırıncı dəfə nə zaman zəng vurdun?

- Qismətin məni gözlədiyi gün, hardasa səhər saatlarında... Atamla danışdım, evdəkiləri, gardaşlarımı soruşdum. Atama dedim ki, biz dağa çıxırıq, sonra zənq edərəm, rahat danışarıq, amma sözümün üstündə dayana bilmədim.

- Hesab elə ki, zəng etmisən indi, nə deyərdin?

- İnanırsınız, nə ermənlərdən, nə də müharibədən danışardım. Ailəmin hər bir üzvünə onları nə gədər çox sevdiyimi söyləyərdim. Onları görməməyin mənim üçün nə gədər çətin olduğunu deyərdim. Səslərini duyardım... Sonra Fatiməyə zəng edib deyərdim ki, ağlamasın və həyatını xoşbəxt yaşasın ki, mənim də ruhum şad olsun. Bir də sağollaşmazdım, sadəcə telefonu bağlayardım ki, əlvida sözünü deməyim...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti