...

Heç kim dəqiq deyə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var-TƏBİB

Cəmiyyət Materials 7 Yanvar 2021 19:58 (UTC +04:00)
Heç kim dəqiq deyə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var-TƏBİB

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün heç kim dəqiq məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var. Çünki biz ancaq PSR üsulu ilə virusun mövcudluğunu təsdiq edə bilirik.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi virusun yeni növünün sürətlə yayıldığını da söyləyib:

“Virusun növünü, mutasiyasını və ya yeni ştammlarının olduğunu araşdırmırıq. Məlum olan ştamm haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir. Lakin daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi dəqiq məlumatlar yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti