...

ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2021 16:15 (UTC +04:00)
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)

Bakı. Trend:

Ölkəmizin qocaman və qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda və 142 nüsxədə kitab hədiyyə edilib.

Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təqdim olunan dərslik və dərs vəsaitləri MDU-da ilk növbədə Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır.

Modernləşmə yolunda olan MDU ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində digər qabaqcıl universitetlərlə yanaşı ADNSU ilə də hərtərəfli əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir.

Qeyd edək ki, 2020-ci ilin 25 dekabr tarixində MDU-nun təşəbbüsü ilə ADNSU-nun 100 illik yubileyinə həsr olunan birgə onlayn tədbir keçirilib. Tədbir zamanı iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti