...

Rusiya ilə Azərbaycan arasında yeni avireyslər açılacaq

Cəmiyyət Materials 2 Fevral 2021 16:41 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasında yeni avireyslər açılacaq

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

Trend-in məlumatına görə, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

Reyslərin tarixləri hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti