...

Bakıda isinməyə ehtiyacı olanlar üçün çadır sığınacaqlar quraşdırılır

Cəmiyyət Materials 24 Fevral 2021 10:19 (UTC +04:00)
Bakıda isinməyə ehtiyacı olanlar üçün çadır sığınacaqlar quraşdırılır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yaşayış yerləri olmayan insanlar üçün çadırlar quraşdırılır.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:

“Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti