Bakı. Samir Əli - Trend:
Vətən müharibəsində gözünü itirən qazimizin görmə qabiliyyəti bərpa olunub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, İsrailli qadın 55 yaşında vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.
Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.