...

Əhalinin 70 faizi peyvəndin ikinci dozasını vurdurduqdan sonra uğurlu proses haqqında nəsə deyə bilərik - Həkim

Cəmiyyət Materials 31 Mart 2021 07:52 (UTC +04:00)
Əhalinin 70 faizi peyvəndin ikinci dozasını vurdurduqdan sonra uğurlu proses haqqında nəsə deyə bilərik - Həkim

Bakı. İlhamə İsabalayeva-Trend:

Əhalinin orta hesabla 70 faizi COVİD-19-a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra uğurlu vaksinasiya prosesi haqqında nəsə deyə bilərik.

Bunu Trend-ə həkim-infeksionist Vüsalə Nursoy deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da peyvənd əleyhinə fikirlər geniş yayılıb:

"Biz hətta valideynlərin də uşaqlarını rutin peyvəndlərdən necə yayındırdığını görürük. Bu məsələdə sosial şəbəkənin də rolu var. Ümid edirəm ki, biz vaksinlərin ölümcül viruslardan qoruduğunun fərqinə vararıq".

V.Nursoy hazırkı zamanda əhalinin peyvəndləmə prosesində aktiv iştirakını da olduqca vacib sayıb.

O, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin vurdurmasını zəruri hesab edir:

"Əhali vaksinasiyada nə qədər aktiv iştirak etsə, biz bu bəladan bir o qədər sürətlə qurtula bilərik. Bəzi insanlar deyirlər ki, bu xəstəliyim var, ona görə də vaksin vurdurmayım. Amma xroniki xəstəliyi olanlar daha çox risk qrupuna daxildirlər və onlar COVİD-19-a yoluxarlarsa, xəstəliyi daha ağır keçirə bilərlər. Bu səbəbdən onların vaksin vurdurması çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti