...

Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib

Cəmiyyət Materials 10 Aprel 2021 20:35 (UTC +04:00)

Bakı. Trend:

Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi aprelin 17-ə təyin edilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Bildirilir ki, Böyük Britaniyada milli matəm Şahzadə Philipin dəfn mərasiminə qədər, kral ailəsinin matəmi isə iki həftə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti