...

FHN Şuşada yanğın təhlükəsizliyi barədə tədbir keçirdi

Cəmiyyət Materials 23 Aprel 2021 15:30 (UTC +04:00)
FHN Şuşada yanğın təhlükəsizliyi barədə tədbir keçirdi

Bakı. Samir Əli - Trend:

22 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən yaşayış binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində aparılan yenidənqurma işləri zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirdə müvafiq yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri təhlükəsizlik tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.

Həmçinin, müəssisə əməkdaşlarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Twitter : GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti