...

Ölkədə qadın və kişilər arasında koronavirusa yoluxma nisbəti dəyişib

Cəmiyyət Materials 27 May 2021 09:23 (UTC +04:00)
Ölkədə qadın və kişilər arasında koronavirusa yoluxma nisbəti dəyişib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda koronavirusa yoluxanların 54,2 faizi Bakı şəhərinin payına düşür.

Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron zonasındadır. Bu ərazidə yoluxma 13,0 faizə çıxıb. Aran bölgəsi yoluxmaya görə 12,0 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 7,2 faiz yoluxma ilə 4-cü yerdədir. 3,1 faiz yoluxma Quba-Xaçmaz, 4,1 Şəki- Zaqatala rayonları, 2,4 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,3 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti