...

General Həmidov küçəsi əsaslı şəkildə təmir edilir (FOTO)

Cəmiyyət Materials 24 İyun 2021 18:04 (UTC +04:00)
General Həmidov küçəsi əsaslı şəkildə təmir edilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Yasamal rayonu General Həmidov küçəsi əsaslı şəkildə təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentlik tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Yasamal rayonu General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.

Aparılan təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.m təşkil edir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti