...

AzMİU-da məzunların buraxılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2021 20:18 (UTC +04:00)
AzMİU-da məzunların buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

AzMİU-dan Trend-ə verilən məlumata görə, universitetin həyətində düzənlənən mərasimdə mövcud pandemiya qaydaları nəzərə alınaraq ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar, professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. “Əziz məzunlar! Dörd il bundan əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. 4 illik bir mərhələni keçərək qazandığınız diplomla həyatınızın müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Siz bu gün qalib ölkənin, zəfər ilinin məzunlarısınız! Qəhrəman oğullarımız ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında olan torpaqlarımızı azad edib Vətənimizi bütövəşdirdi. Həmin Vətən torpaqlarında bizi böyük işlər gözlyir, işğaldan azad olmuş ərazilərimizin bərpasında, yenidən qurulmasında inanıram ki, siz də öz töhfələrinizi verəcəksiniz. Sizə bu yolda böyük uğurlar diləyirəm”.

Rektor çıxışında builki məzunların nəticələrindən danışıb, qeyd edib ki, başa vurduğumuz tədris ilində bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1680, magistratura səviyyəsində 21 ixtisaslaşma üzrə 180, İnşaat Kollecində 325, liseydə isə 23 məzunumuz var. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bu il 4 məzunumuz Universiteti fərqlənmə diplomu ilə bitirir.

Sonra rektor AzMİU-nu fərqlənmə ilə bitirən məzunlara qırmızı diplomlarını təqdim edib. Eyni zamanda mərasimdə iştirak edən qonaqlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Yasamal RİH-nin başçısının müavini Təravət Muradova, Memarlar İttifaqının sədri Elbay Qasımzadə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə diplomları təqdim edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti