...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 6 İyul 2021 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 922 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 425, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti