Bakı. Trend:
Azərbaycanda səfərdə olan Rusiya səhiyyə naziri Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Diqqətə çatdırılıb ki, Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzinin gələcək həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradıldılıb.
Təlim və Simulyasiya Mərkəzi praktik təlim və əldə edilmiş bacarıq və qabiliyyət səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalara malikdir. Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanıblar.
Daha sonra rusiyalı nazir Mərkəzin endoskopiya, UZİ, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyalari izlədilər ve öz resursları ilə bölüşdülər.
Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən Mixail Muraşko, Mərkəzin kollektivinə yeni uğurlar arzuladı.