...

Uğurlu Karyera: Gənclərin karyera planlaşdırılması proqramı” layihəsinin bağlanış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyul 2021 11:45 (UTC +04:00)

Bakı. Trend:

16 iyul 2021-ci il tarixində MOL Azrəbaycanın maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən icra edilən “Uğurlu Karyera: Gənclərin karyera planlaşdırılması proqramı” layihəsinin bağlanış mərasimi keçirilmişdir.

Tədbirin məqsədi layihəni uğurla başa vurmuş gənclər ilə görüşmək və sertifkatları təqdim etmək idi.

Tədbirin açılışını edən Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin icraçı direktoru Sevinc Məmmədova hər kəsi salamlayaraq sözü MOL Azərbaycan şirkətinin ölkə üzrə rəhbər müavini Bəxtiyar Axundova verdi.

Bəxtiyar Axundov öz çıxışında layihənin karyera planlaşdırılması və inkişafı üçün və gənclərin gələcək peşəkar kimi formalaşmasında əhəmiyyətli olduğunu bildirdi. O, layihənin gənclər üçün fərqli perspektivlər və yeni imkanlar yaratdığını vurğuladı.
Daha sonra Sevinc Məmmədova gələcəkdə yüksək tələbatlı peşələr haqqında maraqlı təqdimat ilə çıxış etdi. Tədbir interaktiv oyun və fəaliyyətlərlə davam etdi. Tədbirin yekununda bütün gənclərə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayından start verilən Uğurlu Karyera layihəsindən 13-25 yaş arası 1000-ə yaxın gənc bəhrələnmişdir. Layihəyə Bakı şəhəri ilə yanaşı BTC neft kəmərinin keçdiyi Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Yevlax, Agdaş, Şəmkir, Tovuz, Qazax kimi regionlar, həmçinin Quba, Xaçmaz, Lənkəran, Qax və Qəbələ regionlarında gənclər cəlb edilmişdir. Layihədə ilkin olaraq həm məktəblilər, həm də universitet gəncləri üçün karyera planlaşdırılması üzrə onlayn təlimlər təşkil edilmişdir. Təlimlərlə yanaşı müxtəlif biznes sahələrindən olan expertlərlə mentor görüşləri baş tutmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti