...

Baş Prokurorluq birinci yarımil ərzində 6643 halda izah verib

Cəmiyyət Materials 22 İyul 2021 14:45 (UTC +04:00)
Baş Prokurorluq birinci yarımil ərzində 6643 halda izah verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "gununreqemi" həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu günün rəqəmi isə 6643-dür.
Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti