...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 26 İyul 2021 16:40 (UTC +04:00)

Bakı.Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 432 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 564 329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 910 056 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti