...

Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı prosesi elektronlaşdırılıb

Cəmiyyət Materials 12 Avqust 2021 11:47 (UTC +04:00)
Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı prosesi elektronlaşdırılıb

Bakı. Elçin Mehdiyev -Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidməti istifadəyə verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu xidmət vasitəsilə həmin vətəndaşların mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb.

Rayon (şəhər) İcra Hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Bununla elektron qaydada növbvətə alınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq. Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək.

Həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək.

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər İH-lərinin müvafiq əməkdaşları üçün təlimlər də keçirilir.

E-xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya bazasına inteqrasiya olunub. Gələcəkdə sistemin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya bazası ilə də inteqrasiya olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti