...

Gömrük nəzarətinə bəyan edilməyən külli miqdarda dərman preparatı aşkarlanıb

Cəmiyyət Materials 24 Avqust 2021 16:18 (UTC +04:00)
Gömrük nəzarətinə bəyan edilməyən külli miqdarda dərman preparatı aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində gömrük nəzarətinə bəyan edilməyən 360 ampula, 34 qutu və 80 ədəd müxtəlif adda olan dərman preparatları aşkar edilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti