...

Peşə təhsili üzrə tələbə qəbulunun ikinci mərhələsi başa çatır

Cəmiyyət Materials 6 Sentyabr 2021 10:48 (UTC +04:00)
Peşə təhsili üzrə tələbə qəbulunun ikinci mərhələsi başa çatır

Bakı. Elçin Mehdiyev - Trend:

6 sentyabrda 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti