...

Azərbaycanda tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edilib

Cəmiyyət Materials 8 Sentyabr 2021 16:00 (UTC +04:00)
Azərbaycanda tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: "Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.

O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: "Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti