...

BNA həftəlik hesabatını açıqladı: 50-yə yaxın yol nişanı quraşdırılıb

Cəmiyyət Materials 13 Sentyabr 2021 16:37 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Nəqliyya Agentliyi (BNA) həftəlik icmalını təqdim edib.

BNA-dan Trend-ə verilən məlumata görə, ötən həftə ərzində bir sıra işlər həyata keçirilib;

- 190 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa dilib və nağdsız ödəniş sisteminə keçirilib.

- 13 küçə və prospektdə 50-yə yaxın yol nişanı quraşdırılıb.

- 3 küçə və prospektdə piyada zolağı təşkil edilib, 1 küçədə yenilənib.

- 3 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb, 26 küçə və prospektdə təhlil və analiz aparılıb.

- Onlayn İctimai Nəzarət Platforması tərəfindən BNA vətəndaş müraciətlərinə baxılmasında fəallığı üçün təltif edilib.

- Yeni #TarixəYazılanAdlar aksiyasına start verilib. 300 avtobus və "Koroğlu" NMM-dəki monitorlarda posterlər yerləşdirilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti