...

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Sentyabr 2021 16:59 (UTC +04:00)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Bakı. Trend:

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığı, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti