...

Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır

Cəmiyyət Materials 23 Sentyabr 2021 09:48 (UTC +04:00)
Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır

Bakı. Çingiz Səfərli - Trend:

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proses bu gün saat 12:00-dək davam edəcək.

Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti