Bakı. Samir Əli - Trend:
Bu il yanvarın 1-dən bu günə qədər Bakıda avtomobili sərxoş idarə edən 970 sürücü aşkarlanıb.
Bunu çərşənbə günü Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, bununla da 970 yol qəzasının qarşısı alınıb: "Bu il Bakı şəhəri üzrə 553 mindən artıq inzibati protokol tərtib edilib
Onlardan təxminən 720-si polisin qanuni tələbini yerinə yetirməmə, 70-dən artığı avtoxuliqanlıq, 7 mindən artığı sərxoş vəziyyətdə avtomobilin idarə olunması, 33 mini kəmərdən istifadə etməmə, 13 min 721-i əldə mobil telefon saxlamaqla avtomobil idarə etmə, 3219-u ötmə manevr qaydalarının pozulması, 45 min 749-u yol ayrıclarının keçmə qaydalarının pozulması ilə bağlıdır”.