Bakı. Elçin Mehdiyev – Trend:
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə daha bir güzəşt tətbiq edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişiklikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.
Bununla əlaqədar qanunun 20-ci maddəsində “müharibə veteranları,” sözlərindən sonra “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər,” sözləri əlavə edilir.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.