...

Qida təhlükəsizliyi ilə bağlı yeni tədbirlər görüləcək

Cəmiyyət Materials 4 Oktyabr 2021 13:44 (UTC +04:00)
Qida təhlükəsizliyi ilə bağlı yeni tədbirlər görüləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı insanların həyat və sağlamlığına mümkün təhlükənin qabaqcadan qarşısının alınması üçün müvəqqəti tədbirlərin tətbiqi qaydası müəyyənləşib.

Trend-in məlumatına görə, bu barədə yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin versiyasında bildirilib.

Sənəddə qeyd edilib ki, risklərin qiymətləndirilməsi zamanı insanların həyatına və sağlamlığına və heyvanların sağlamlığına təhlükə yaranmasının mümkünlüyü müəyyən olunduqda, lakin onun ağırlıq dərəcəsini qiymətləndirmək üçün elmi dəlilin kifayət etmədiyi və ya şübhələrin qaldığı hallarda, əhalinin sağlamlığının qorunması məqsədi ilə mövcud məlumatlar əsasında, o cümlədən müvafiq beynəlxalq təşkilatlar, eləcə də digər dövlətlər tərəfindən tətbiq edilən sanitariya, baytarlıq və fitosanitariya tədbirləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin müvəqqəti idarə edilməsi üzrə tədbirlər həyata keçirilir.

İnsanların, heyvanların və bitkilərin həyat və sağlamlığına mümkün təhlükənin qabaqcadan qarşısının alınması məqsədi ilə risklərin idarə edilməsi istiqamətində həyata keçirilən müvəqqəti tədbirlər risklərin səviyyəsinə uyğun olmalı, əhalinin sağlamlığının qorunmasına xidmət etməli və ticarəti insan sağlamlığının mühafizəsinin zəruri səviyyəsi təmin edilməsi üçün lazım olandan daha artıq məhdudlaşdırmamalıdır.

İnsanların, heyvanların və bitkilərin həyat və sağlamlığına mümkün təhlükənin qabaqcadan qarşısının alınması məqsədi ilə risklərin idarə edilməsi ilə bağlı həyata keçirilən müvəqqəti tədbirlərə həmin təhlükə aradan qalxdıqda, risk dərəcəsi və əlavə elmi məlumatlar nəzərə alınmaqla, habelə ətraflı risk qiymətləndirilməsi aparılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yenidən baxılmalıdır.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti