YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)

YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə YAP Mərkəzi Aparatında “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” movzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda giriş sözü ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Onun sözlərinə görə, 15 il əvvəl qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb.

Tahir Budaqov qeyd edib ki, gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir: “Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir. Bu sahədə vətəndaş cəmiyyəti subyektləri də əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində aktiv fəaliyyət göstərir”.

Azərbaycanda dövlət qadın siyasətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bu xətt bu gün də davam etməkdədir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Demək olar ki, Azərbaycanda gender məsələləri bütün səviyyələrdə gözlənilir. Qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Təsadüfi deyildir ki, qadınlarımız Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar”.

“Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub, ölkəmiz bu sahədə də dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşıb. Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilib. Azərbaycanda birinci vitse-prezidentlik institutunun yaradılması, dövlət idarəçiliyində gender bərabərliyinin tam təmin edilməsi ölkəmizin bu sahədə geniş təcrübəyə malik olduğunu göstərir”,-deyən Tahir Budaqov vurğulayıb ki, demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə birinci xanım ənənələrini də gətirib və bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Yeni Azərbaycan Partiyası da Azərbaycan qadınına daim yüksək münasibət göstərir: “Partiyamız yarandığı ilk gündən onun sıralarında qadınlarımız fəallıq göstərib. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən – qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin gender bərabərliyi sahəsində həyata keçirdiyi siyasət, yaradılan institutsional mexanizmlər, qanunvericilik bazası bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ümumiyyətlə, tarixdə bərabərliyin təmin olunması və qadınların hüquqlarının müdafiə mexanizminin yaradılmasında Azərbaycan bir çox aparıcı dövlətlərlə yanaşı dayanır. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilir və ayrı-seçkiliyin yol verilməzliyi bəyan edilir. Bərabərlik hüququnun pozulması Cinayət Məcəllləsində cinayət əməli kimi müəyyən olunub.

Komitə sədri diqqətə çatdırıb ki, gender bərabərliyi siyasətinin həyata keçirilməsini özündə ehtiva edən bir çox hüquqi- normativ aktlar, sənədlər, fəaliyyət planları, dövlət proqramları qəbul edilib: “Bununla yanaşı, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Bu da öz növbəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə səbəb oldu. Eyni zamanda, bütün qəbul olunan və yeni hazırlanan qanun və normativ-hüquqi aktlar gender ekspertizasından keçirilir. Bu çox vacibdir, bununla gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox boşluqlar müəyyən olunur. Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 17 məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Ümumiyyətlə, dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər eyni ilə Azərbaycanda da mövcuddur. Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri hələ də problem olaraq qalmaqdadır. Bu deməkdir ki, bizim qarşımızda vəzifə və öhdəliklər var. Müəyyən məsələlərlə bağlı gender bərabərliyi ilə bağlı qanuna dəyişiklər edilməlidir və bu barədə layihə hazırlanıb”.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, gender bərabərliyi haqqında qanun dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərini müəyyən edir. Eyni zamanda, qanun gender mədəniyyətinin təbliğini də nəzərdə tutur. O, qanuna təklif edilən dəyişikliklərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran Komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. O qeyd edib ki, bu bərabərliyə nail olmaq üçün ilk növbədə cinsi bərabərsizliyin və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq Konvensiyalara qoşulub və ondan irəli gələn öhdəliklərini öz qanunvericilik aktlarına daxil edib.

Gender bərabərliyinin təşviqinin önəminə toxunan B.Muradovanın fikrincə, Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya imkan verir ki, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və həmkarlar təşkilatları müstəvisində bərabər təmsilçiliyin, iştirakçılığın təmin olunmasına töhfə verə bilək. Komitə sədri bu məsələdə YAP-ın ölkəmizdə siyasi konfiqurasiyanın mərkəzi aktoru kimi rolunu xüsusi vurğulayıb.

Çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdəki rolu davamlı olaraq artır. Qadınların məşğulluqla təminatı ilə bağlı nazir müavini deyib ki, qadınlar ölkə əhalisinin 50 faizindən çoxunu təşkil edir və onların məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

A.Kərimovun sözlərinə görə, qadınlar özünüməşğulluq proqramında da fəal iştirak edirlər. O, həmçinin Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən proqram və layihələr haqqında ətraflı məlumat verib.

Konfransda həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev, “Azərbaycanda Qadın Sahibkarları İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək ölkəmizdə gender bərabərliyinin hüquqi təminatları, qadınların sosial hüquqlarının qorunması, qadın sahibkarlığının inkişafı, vətəndaş cəmiyyətinin gender bərabərliyinin təmin olunmasında rolu və s. məsələlər haqqında fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Loading Bars
Xəbər lenti
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
3 ay əvvəl Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi müəyyənləşib
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb
ADU-nun rektoru Kamal Abdulla Serbiyanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Dekabrın 10-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
Helikopter qəzasında xəsarət alan hərbçilərimiz evə buraxılıb - RƏSMİ
Sosial şəbəkələrdə insanları şantaj edənlər saxlanıldı (FOTO/VİDEO)
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahından reportaj - İncəsənət dünyasına səyahət (ÖZƏL) (FOTO)
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tezliklə formalaşmasını gözləyirik - Zaxarova
AQTA özəl bağçalarda da yoxlamalar aparacaq
Türkiyə generalları Azərbaycanda səfərdədir (FOTO)
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşüb (FOTO)
Yelo Bank-da "Transformasiya və Liderlik" təlimi keçirilib (FOTO)
bp Şahdəniz layihəsindəki payını artırır
ABŞ-da "Demokratiya naminə sammit" ayrı-seçkiliyin yeni növüdür - Rusiya XİN
“Yüksəliş” müsabiqəsinin gələn il də keçirilməsi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Unibank sahibkarlar üçün qış kampaniyası keçirir
Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!
İraqın şimalında üç Türkiyə hərbçisi həlak olub
Prezident İlham Əliyev Almaniyanın Federal Kanslerini təbrik edib
Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb - SƏBƏB
Xəstəni FHN-in modul tipli xəstəxanasına yerləşdirmək üçün 1000 manat verdim - Şahid
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1315 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
ABŞ-dakı “Demokratiya naminə sammit” demokratiya ilə əlaqəsi olmayan faydasız dialoqdur - TƏHLİL
Polis narkotacirlərə qarşı əməliyyat keçirdi, 22 nəfər saxlanıldı (FOTO/VİDEO)
ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər (FOTO)
Koronavirus xəstəsi olan ananın dünyaya gətirdiyi uşaq virusa yoluxa bilərmi?
Energetika naziri Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
Qırğız Respublikasının Azərbaycandakı səfiri Mətbuat Şurasında olub (FOTO)
“Azərişıq” əməkdaşına məxsus avtomobilin yandırılmasına münasibət bildirib
Keçmiş Naxçıvan MTN-in polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ
Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb
Vətəndaşların kommunal problemlərlə bağlı müraciətlərinə elektron formada baxılacaq
Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova
Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)
Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək
Qubada "patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən artıq saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
Bütün xəbərlər