...

Müvafiq icra hakimiyyəti orqanları tibbi xidmətlərin qiymətini müəyyən edəcək - Əhliman Əmiraslanov

Cəmiyyət Materials 29 Oktyabr 2021 12:56 (UTC +04:00)
Müvafiq icra hakimiyyəti orqanları tibbi xidmətlərin qiymətini müəyyən edəcək - Əhliman Əmiraslanov

Bakı. Elçin Mehdiyev – Trend:

İcbari tibbi sığorta paketi çərçivəsində göstərilən xidmətlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Ə.Əmiraslanov bildirib ki, tibbi xidmətlərin qiyməti bu qanunun predmeti deyil: “Burada bu haqda fikirlər səsləndirirlər, ancaq qiymət məsələsi qanunun predmeti deyil. Bu qiymətlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək və tibb müəssislərinə göndəriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti