...

Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani dərslər bərpa olundu

Cəmiyyət Materials 25 Noyabr 2021 14:12 (UTC +04:00)
Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani dərslər bərpa olundu

Bakı. Trend:

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır", - idarədən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti