...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 Dekabr 2021 18:46 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 583 569, buster doza üzrə vaksinasiya olunanların sayı isə 964 613 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti