...

183 məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi cəzalandırılıb - AQTA

Cəmiyyət Materials 9 Dekabr 2021 19:45 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Kobud pozuntu faktları aşkar olunan 183 məktəbəqədər təhsil müəssisəsinin rəhbər şəxsləri barəsində inzibati qaydada tədbir görülüb.

Trend xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə deyib.

Onun sözlərinə görə, cari ilin oktyabrın 4-dən ölkə üzrə fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılıb. Bunların sayı 1622-dir.

"Dekabrın 1-nə olan statistikaya görə, 220 müəssisədə dövlət nəzarət tədbirləri başa çatıb. 205 müəssisədə 1236 nöqsan aşkarlanıb. Bütün bu monitorinqlərin yekunu olaraq məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakıda, həm də bölgələrimizə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evi rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə təlim keçirilib. Bu təlimlər artıq silsilə xarakteri daşıyır və davam etdiriləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti