...

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

Cəmiyyət Materials 5 Fevral 2022 09:00 (UTC +04:00)
Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

Bakı. Trend:

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti