...

Hərbi qulluqçuların əmək pensiyası necə hesablanacaq? - Konstitusiya Məhkəməsi qərar verdi

Cəmiyyət Materials 8 Fevral 2022 15:40 (UTC +04:00)
Hərbi qulluqçuların əmək pensiyası necə hesablanacaq? - Konstitusiya Məhkəməsi qərar verdi

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı konstitusiya işinə baxaraq qərar qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanmasının müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirildiyi qeyd olunub.

Qərarda güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması məsələlərinə aydınlıq gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti