...

Vaksinasiya olunmayan şəxslərdə omikron ciddi fəsadlar törədir - Nazir

Cəmiyyət Materials 10 Fevral 2022 12:31 (UTC +04:00)
Vaksinasiya olunmayan şəxslərdə omikron ciddi fəsadlar törədir - Nazir

Bakı. Humay Ağacanova - Trend:

Vaksinasiya olunmayan şəxslərdə omikron ştammı ciddi fəsadlar törədir.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş vaksinasiya prosesinə qoşulmalıdır.

"Yalnız bu proseslə yoluxmanın qarşısını ala bilərik. Dəfələrlə şahidi olmuşuq ki, müəyyən dövrlərdə pandemiyanın bitəcəyi düşünülüb. Azərbaycanda artıq 5 milyon insan iki doza, 2 milyondan artıq insan isə buster doza vaskin alıb. Yüksək vətəndaşlıq nümayiş etdirərək vaksinasiya prosesində iştirak edən insanlara minnətdarlığımı bildirirəm" - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti