...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

Cəmiyyət Materials 14 Fevral 2022 14:55 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən “Mənim hüquqlarım” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə keçirilmiş tədbirdə məktəb-liseyin kollektivi və şagirdlər iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək, bütün əhali qrupları kimi uşaqların hüquqlarının müdafiəsi istiqamətində də Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə iştirakçılara BMT-nin Uşaq Hüquqları Konvensiyası, bu sahədə ölkəmizin qoşulduğu digər beynəlxalq müqavilələr, habelə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cü illər üçün Strategiyası və bu strategiyanın icrasından gözlənilən nəticələr barədə də məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti