Bakı. Sədrəddin Ağcayev - Trend:
Rusiyanın "Uralskie avialinii" martın 6-dan etibarən Yekaterinburqdan Bakıya reyslərin sayını artıracaq.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunur ki, uçuşlar həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Cümə axşamı reys Yekaterinburqdan yerli vaxtla 15:55-də yola düşəcək, 18:00-da isə Bakıya çatacaq. Əks istiqamətdə 01:05-də yola düşən təyyarə 05:20-də Yekaterinburqa çatacaq.
Bazar günləri reys Yekaterinburqdan yerli vaxtla 22:00-da yola düşəcək, 00:05-də isə Bakıya çatacaq. Bakıdan 01:05-də yola düşən təyyarə 05:15-də Yekaterinburqa çatacaq.
Qeyd edək ki, hazırda sözügedən aviareys həftədə bir dəfə təşkil olunur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)