...

DOST xidmətlərinin göstərilməsi üzrə orta müddət 8,5 dəqiqəyə enib

Cəmiyyət Materials 17 Fevral 2022 17:33 (UTC +04:00)
DOST xidmətlərinin göstərilməsi üzrə orta müddət 8,5 dəqiqəyə enib

Bakı. Trend:

Vətəndaşların növbədə orta gözləmə müddəti isə iki dəfə azalaraq 2 dəqiqə 57 saniyə təşkil edib

DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi də bu xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.

Son bir ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib.

Eyni zamanda, DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti 2019-cu il üçün 6 dəqiqə 35 saniyə, 2020-ci ildə 4 dəqiqə 24 saniyə olub. Ötən il bu göstərici təqribən iki dəfəyə yaxın azalaraq 2 dəqiqə 57 saniyəyə enib.

2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə aid 156 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 700 mindən çox vətəndaşa xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti